"Rusiyadan başqa heç kimdə bu cür silahlar yoxdur" - Putin dünyaya meydan oxudu

img

01-03-2018 [15:32]


"Qərb anlamalıdır ki, Rusiyanı saxlamaq mümkün olmadı".

Mia.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

"Son 30 ildə biz elə dəyişikliklərə nail olmuşuq ki, digərlərinə bunun üçün yüzilliklər lazım idi. Cəsarətli olmaq, məsuliyyəti öz üzərinə götürmək və güclü olmaq lazımdır”, - deyə Putin vurğulayıb.

O, həmçinin əlavə edib ki, dünyada analoqu olmayan müasir Rusiya silahlarının olması barədə məlumatlar yalan deyil: "Yer planeti adlanan qayığı yelləməyi dayandırmağın vaxtı çatıb”. 

Putin, həmçinin Rusiyanın artan gücünü sülhün zəmanəti adlandırıb.

O, eyni zamanda yeni istehsal edilən sualtı pilotsuz aparatların ənənəvi sualtı qayıq və torpedoları sürən baxımından dəfələrlə üstələdiyini də əlavə edib. Putin çıxışının bu hissəsini "Rusiyadan başqa heç kimdə bu cür silahlar yoxdur” ifadəsi ilə tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA