Tahir Əkbərin son vəziyyəti: "Səhhətində heç bir irəliləyiş yoxdur"

img

01-03-2018 [13:14]


Tanınmış bəstəkar Tahir Əkbərin vəziyyəti yenidən pisləşib.

Bu barədə unikal.org-a bəstəkarın həyat yoldaşı məlumat verib. Bildirib ki, hazırda T.Əkbərin vəziyyəti ağırdır: "Birinci vitse-prezident Mehriban xanımın tapşırığından sonra müayinə və müalicə aparıldı. Həkimlərin səylərinə baxmayaraq, səhhətində heç bir irəliləyiş yoxdur. Günü-gündən durumu daha da ağırlaşır".

Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA