"Daha 101 terrorçu məhv edildi, 105 kənd təmizləndi" - Afrin əməliyyatı

img

28-02-2018 [12:05]


Türkiyə ordusu Afrində son gündə 101 PYD terrorçusunu məhv edib. 

Mia.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı rəsmi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə bu gecədən etibarın, 101 PYD/YPG terrorçusu əməliyyatla məhv edilib: "Bununla da 39 gün ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2184 terrorçusu zərərsizləşdirilib, 60-dan çox terrorçu sağ ələ keçirilib".

Məlumatda o da qeyd edilib ki, bu gündək 105 kənd və qəsəbə terrorçulardan təmizlənib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA