"Eşkiya dünyaya hökmdar olmaz"ın "Tipi"sı Bakıya gəldi: "Bura gəlişimin səbəbi..."

img

28-02-2018 [00:57]


Məşhur türk aktyoru Savaş Özdemir Bakıya gəlib.

O, özü bu haqda Milli.Az- danışıb:

"İlk dəfədir ki, Azərbaycanda oluram. Bakı həqiqətən gözəl şəhərdir. Sabah " Məlahətli söhbətlər" verilişində çəkiləcəyəm. Bakıya gəlişimin səbəbi də elə bu verilişdir. Onu da deyim ki, bu verilişdə çəkilib Türkiyəyə gələn həmkarlarım sizin sənət adamlarından ürək dolusu danışır. Bildiyim qədərilə çəkildiyim "Eşkiya dünyaya hökmdar olmaz" serialı da Bakıda çox sevilir", - deyə aktyor bildirib.

Qeyd edək ki, aktyor "Eşkiya dünyaya hökmdar olmaz" serialındakı "Tipi" obrazı ilə Azərbaycanda da xeyli məşhurlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA