Ərdoğan Saleh Müslümü tələb etdi, Praqa vermədi - Bu gün isə azad buraxıldı + FOTO

img

27-02-2018 [15:24]


Çexiyada saxlanılan PYD terror qruplaşmasının liderlərindən Saleh Müslüm bu gün Praqa şəhər Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, elə ilk iclasda azad olunan PYD lideri artıq istədyi ölkəyə rahat gedə bilər.

Məhkəmənin bu qərarı isə rəsmi Ankaranın ciddi narazılığına səbıb olub.

Türkiyənin Çexiyadakı səfiri Ahmet Necati Bigalı bildirib ki, bu qərar iki dövlət arasındakı münasibətləri poza bilər: "Türkiyədə bir çox terror aktlarının törədilməsində iştirak etmiş Salih Müslümün belə sərbəst buraxılmasını məyusluqla qarışılayırıq. Bu, hüququn təhqir olunmasıdır".

Qeyd edək ki, prezident Ərdoğan səviyyəsində Türkiyə onun Ankaraya təhvil verilməsini tələb edirdi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA