"Sizi də eyni tale gözləyir" - Səfirə qəzəblənən nazir özündən getdi + VİDEO

img

27-02-2018 [11:27]


Ukraynanın İnformasiya Siyasəti naziri Yuri Steç Krıma həsr olunmuş beynəlxalq forumda huşunu itirib.

Onun çıxışı Yutub sosial şəbəkəsində yerləşdirilib. O, üzünü ABŞ-ın Ukraynadakı səfirinə tutaraq belə deyib:

"Mən həmişə olduğu kimi, minimal diplomatik, amma mümkün qədər səmimi olacağam. Siz Krımın Ukrayna, Rusiyanın isə işğalçı olduğunu demişdiniz. Axtem Çiygözə baxın. Onu bunun üstündə tutublar. Sizi də eyni tale gözləyir".

Bu çıxışdan az sonra nazir huşunu itirib.

Qeyd edək ki, həmin forumda Avropa millət vəkili Rebekka Harms və ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviç də iştirak edirdi/Axar.az.
.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA