Tramp Çini ittiham etdi, Şimali Koreyaya əl uzatdı: "Uyğun şərtlərlə danışıqlara hazırıq"

img

26-02-2018 [21:32]


"Vaşinqton KXDR ilə danışıqlar aparmağa hazırdır".

"RİA.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

Tramp Ağ Evin Pxenyanla danışıqlara hazır olduğunu qeyd edib.

"Şimali Koreya danışmaq istəyir, biz də uyğun şərtlərlə bunu istəyirik. Görək necə olacaq”, deyə D.Tramp bildirib.

Tramp qeyd edib ki, bütün hallarda Şimali Koreyaya qarşı sanksiyalar qüvvədə qalacaq: "Şimali Koreyaya ən çox məhsul Çin və Rusiyadan idxal olunur. Çin Şimali Koreya üçün hər zamanınkından daha çox şey edir".

Tramp daha öncə Şimali Koreya ilə əlaqələri kəsmək üçün Rusiya və Çinə çağırış edib/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA