Jandarma və Polis Xüsusi Təyinatlı dəstələr Afrində: "Mərkəzdə PYD/YPG ilə küçə döyüşlərinə girəcəklər"

img

26-02-2018 [14:16]


Türkiyə Afrinə bu gün etibarı ilə yeni qüvvələr yeridib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepdən toplanan Jandarma və Polis Xüsusi Təyinatlı dəstələr  bu gün Afrinə daxil olublar: "Xüsusi təyinatlılar Kilis Gülbaba və Hatay Hassa sərhədindən Afrinə girdilər. Onların əsas işi azad olunan kənd və qəsəbələrə PYD terrorçularının sızmasına imkan verməməklə yanaşı, təmizlənən ərazilərdə sabitliyi və təhlükəsizliyi qorumaq olacaq. Növbəti mərhələdə isə onlar məhəllə, küçə döyüşlərinə girəcəklər".

Türkiyə mətbuatı xəbər verir ki, xüsusi təyinatlıların bölgəyə yeridilməsinin əsas səbəbi Afrinin mərkəzi küçələrinin terrorçulardan təmizlənməsinə hesablanıb: "Jandarma və Polis özəl dəstələri ölkənin şərqində PKK ilə küçə döyüşlərində xüsusi təcrübə qazanıblar. Ona görə də onların Afrin mərkəzində həyata keçiriləcək əməliyyata daxil olacağı gözlənilir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR