Hafiz Hacıyevin sədənləri MSK-ya təqdim olunacaq - İmzatoplama yekunlaşır

img

26-02-2018 [13:28]


"Hafiz Hacıyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün seçici imzalarını toplama kampaniyasını davam etdiririk. Hələ ki, imzatoplama prosesində hər hansı maneə ilə üzləşməmişik”.

Bunu versus.az-a Müasir Müsavat Partiyasının sədri, president seçkilərinə namizəd Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova bildirib. Onun sözlərinə görə, hazırda partiyanın rayon təşkilatları açıq imzatoplama kampaniyası aparır:

"Mütəmadi əlaqə saxlayırıq, prosesin gedişi ilə maraqlanırıq. Demək olar ki, imzatoplama başa çatmaq üzrədir. Yaxın zamanlarda toplanmış imzaları sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

Vətəndaşların aktivliyindən və seçkidə iştirak əzmindən razılıqla danışan K.İsmayılova bütün ərazilərdə kampaniyanın yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.

İmzatoplama kampaniyasına kənar müdaxilələrin olub olmamasına gəlincə, MMP yetkilisi problem yaranmadığını deyib:

"Ola bilsin hansısa namizədliyi qeydə alınmış şəxslərin imzatoplama kampaniyasına manelər yaradılsın, amma bizdə belə bir problem yoxdur. Bu da ondan irəli gəlir ki, Hafiz Hacıyev başqa partiya sədrləri kimi yalnız seçkidən-seçkiyə deyil, hər zaman aktiv siyasi fəaliyyətdədir. Eyni zamanda partiyamızın siyasi kursunun insanlar tərəfindən qəbul edilməsinin göstəricisi olaraq da böyük inam və rəğbət hiss olunmaqdadır”.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR