Prezident ilham Əliyev ABŞ dövlət katibinin xüsusi nümayəndəsi ilə görüzüb

img

23-09-2010 [10:39]


Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-a işgüzar səfər edən Azərbaycan prezidenti İlham Əliyev elə həmin gün Birləşmiş Ştatların dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstar ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA