Çexiyada yaxalanan PYD/YPG-ın lideri Salib Müslüm Türkiyəyə təhvil veriləcəkmi? - Ərdoğandan mesaj

img

25-02-2018 [20:40]


"PYD-nin rəhbəri yaxalandı. İstəyimiz odur ki, Çexiya onu bizə təslim etsin və ədalət yerini tapsın".

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxışı zamanı deyib.

"Bunlar ümməti bölüb, parçaladılar. Ona görə biz terrorçulara qarşı mübarizə aparırıq. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Afrin yavaş-yavaş təslim olur. Fəth yaxındır. İnşallah Afrinin fəthini gözləyirik. Biz həmişə "Ey Amerika, bu adamı deportasiya et. Bu adamı saxlasan, ittifaqımıza xələl gələr” demişik. İndi də deyirik, - dövlət başçısı bildirib.

Xatırladaq ki, PYD lideri Saleh Müslüm bu gün Praqda saxlanılıb/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA