Afrinə girmək dəstəni Qasım Süleymani idarə edib? - Şok iddia

img

22-02-2018 [12:26]


PKK terror təşkilatına dəstək üçün Afrinə girməyə çalışan şiə döyüşçülərin əsas hədəfləri məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı suriyalı müxaliflərin nümayəndəsi Muhanne Ceffale məlumat verib.

Onun sözlərinə görə, şiə döyüşçülərin əsas hədəfi Afrin deyil: "Onlar 4 ildir müxaliflərin nəzarətində olan Fua və Kefreya kəndlərini ələ keçirmək istəyirlər. Həmin silahlıları İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani idarə edir.

Afrinə girməyə çalışan qrupun rəhbəri isə Xalid Həsən Alluş adlı döyüşçüdür. Türkiyənin İdlibdəki varlığına qarşı təxribat törədənlər də bu silahlılardır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA