"Əsəd Afrinə ordu göndərməkdə qərarsızdır, əgər göndərərlərsə..." - Çavuşoğlundan daha bir xəbərdarlıq

img

20-02-2018 [12:16]


"Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsad Afrinlə bağlı qərarsızdır".  

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: "Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”.
 
M. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA