Dram Teatrının aktyoru və rejissoru vəfat edib...

img

17-02-2018 [18:09]


Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli vəfat edib.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aktyor fevralın 16-da xəstəxanada dünyasını dəyişib. 

Mərhum Kürdəmir rayonunda dəfn edilib.

Qeyd edək ki, Ş.Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA