Türkiyənin müdafiə naziri: "NATO-nun əməliyyatları dayandırmaq tələbi barədə söhbət yoxdur”

img

15-02-2018 [16:50]


"NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun budağı” əməliyyatına qarşı deyil".

Bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Müdafiə naziri bildirib ki, NATO-nun baş katibi ölkənin xarici təhdidlərə qarşı mübarizəsinə müsbət yanaşan şəxslərdən olub: "NATO-ya üzv ölkələr də bizim Afrindəki fəaliyyətimizi anlayışla qarşılayıb. NATO-nun əməliyyatları dayandırmaq tələbi barədə söz getmir”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA