“Bu, tərbiyəsizlikdir...” - Anardan kitablarının yandırılmasına reaksiya

img

15-02-2018 [10:59]


Azərbaycan Yazıçılar Birliyinin sədri Anar onun kitablarının yandırılması ilə bağlı bir qrup gəncin kampaniya başlatmaq çağırışına reaksiya verib.

Mia.az xəbər verir ki, Anar Gununsesi.info-ya açıqlamasında kitablarının yandırılmasını pis hərəkət kimi dəyərləndirib: "Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırdı, sonu isə bəlli oldu”.

Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: "Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA