15-02-2018 [00:22]
Qoç - Yaşam enerjinizin səviyyəsi artacaq. İmkanlardan maksimum dərəcədə yararlanmağa çalışın. Məhsuldar diskussiyanın nəticələri pis olmaycaq. Yeni məlumatlar və ya informasiyaların sayəsində inkişafa nail ola bilərsiniz.
Günün ikinci yarısında səfər və ya səyahətə yollanmaq olar. Yaxın gələcəklə bağlı planlarınızı dəyər verdiyiniz insanlarla müzakirə edin. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.
Axşam saatlarını evdən kənarda keçirə bilərsiniz.
Buğa - Maliyyə məsələləri ilə bağlı çətinliklər ola bilər. Gəlir mənbələri sahəsindəki prioritetləri yenidən müəyyənləşdirin. Pullarınıza qənaət edin. Yaxınlarınızdan biri sizə qarşı intriqaya başlayacaq. Belə davranışı anlamaqda çətinlik çəkəcəksiniz.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə müəyyən çətinliklər yarana bilər. Təmaslardakı durğunluq sizi qıcıqlandıracaq.
Axşam saatları üçün romantik görüş planlaşdırmayın.
Əkizlər - Günün ilk yarısı asan zaman deyil. Kənar təsirlərə uymayın, şirnikləndirici vədlərə aldanmayın. Praqmatcasına davarnın. Öhdəlikləri unutmayın. Daşınmaz əmlakla bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında sizi maraqlandıran məqamla bağlı diskussiya istisna deyil.
Dostlar və tanışlarla yanaşı, kənar şəxslərlə ünsiyyət də gözlənilən nəticələri verə bilər. Qohumlarla ünsiyyətdə diqqətli davranın. Maliyyə məsələlərini müzakirə etməyin.
Sizə dəyər verən insanların qəlbinə toxunacaq sözlər deməyin.
Axşam saatlarında normal istirahət etmək mümkündür.
Xərçəng - İntellektual fəaliyyətlə məşğulsunuzsa, münasib zamandır. Müəllimlər, tələbələr, şagirdlər, elm və təhsil sahəsində çalışan hər kəs üçün əlverişli şanslar yaranacaq. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir. Yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda diqqətli, huşyar davranın. Fikrinizi söyləməkdən çəkinməyin. Niyyətlərinizi açıqlayın. Ailədə qarşılıqlı anlaşmaya nail olun. Axşam saatlarında romantik görüş istisna deyil.
Cəsarətli və qətiyyətli olun.
Şir - Bizneslə məşğulsunuzsa, uğurlu gündür. Əlverişli nüanslardan və yararlı situasiyadan istifadə edin. Adi günlərdən fərqli olaraq çətinliklərin sayı artacaq. İşdə rəhbərliyin qarşınıza qoyduğu tələblər yüksələcək.
Mübahisə etməyin, amma fikrinizi arqumentlərlə, dəqiq şəkildə çatdırın. Əks təqdirdə sizi düzgün anlamayacaqlar.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz sizdən pul istəyəcəklər. Onların maddi yardıma ehtiyacı var. Axşam saatlarında tamah sizə güc gəlməsin. Rasionunuza fikir verin.
Qız - Qarışıq, laübəli zamandır. Yaşam tonusunuzun səviyyəsi yüksək olmadığından praktik davranın. Mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq üçün rutinlikdən qurtulun. Hadisələrin təhlilində çətinliklər yarana bilər. Olaylara gərəkli reaksiya verin.
Günün ikinci yarısında sənədlər imzalamayın, vədlər verməyin. Yaxın gələcəklə bağlı planlar üçün münasib zaman deyil.
Sözlərinizdə ehtiyatlı olun. Yüz ölçüb bir biçin. Əks təqdirdə yanlış anlaşılma riski var. Axşam saatlarında rasionunuza və səhhətinizə fikir verin. Ailə üzvlərinin qayğısına qalın.
Tərəzi - Təhsil və ünsiyyət üçün yaxşı zamandır. Diskussiyalardan yayınmayın. Biliklərlə informasiyadan maraqlarınızın təminatı üçün yararlanın. Yaşananlar sizin üçün yaxşı təcrübədir.
Səhvlərdən nəticə çıxarın.
Günün ikinci yarısında bədbinliyə qapılmayın, hər şeyi pis çalarlarda görməyin. Maliyyə problemi ailə üzvləri ilə anlaşılmazlığa, çək-çevirə səbəb ola bilər. Axşam saatlarında bir qədər müstəqil olun, sərbəst çalışın.
Əsəblərinizin gərilməsi yuxusuzluq yaradacaq.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - Bilik və məlumatlarınızı artırın. Rəqabət imkanlarınızı gücləndirmək üçün potensialınızın səviyyəsini yüksəldin. Kommersiya, səyahət, vasitəçilik üçün pis zaman deyil. Əsas məsələ təmkinli və səbrli davranmaqdır. Maliyyə məsələlərində ağır itkilər verməmək üçün sərvaxt davranın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum normaldır. Ailə üzvləri ilə təmaslarda harmoniya müşahidə olunur. Onlar sizi dəstəkləyəcəklər. Yeni dostlar qazana bilərsiniz. Tanış olduğunuz insanla əlaqələrin perspektivi sizdən asılıdır.
Macərapərəstlikdə ifrata varmayın.
Oxatan - Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Mübahisələrdə geri çəkilməyin, məğlubiyyətə meylli olmayın. Rəqiblər sizin pərişanlığınızdan yararlana bilərlər.
İctimai fəaliyyət, kommersiya layihəsi pis alınmayacaq. Yeni və faydalı əlaqələr qura bilərsiniz.
Günün ikinci yarısında müvəqqəti çətinliklərin həlli üçün alternativ yollar arayın. Uzun yolun ilk addımdan başladığını unutmayın. Tanışlıqlar asanlıqla baş tutacaq. Rasionunuza fikir verin. Allergiya riski var.
Axşam saatlarını yaxınlarınıza həsr edin.
Oğlaq - Cari məsələlərin həlli üçün münasib zamandır. Təfərrüatlara diqqət verin, xırdalıqları nəzərə alın. Əldə etdiyiniz məlumatlardan tam istifadə etməkdə qərarlı olun. Amma həddən artıq çalışmayın. Çoxsaylı informasiyalar yorğunluq yarada bilər.
Günün ikinci yarısında etik problem yaxınlarınızdan biri ilə münasibətlərdə çətinliklər yaradacaq. Ailə üzvlərinizi sizdən fərqli mövqeyə görə sərt tənqid etməyin. Qarşılıqlı anlaşmaya can atın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça - İlk əvvəl intellektual məsələləri həll etməyə çalışın. Cari məsələlərin çözümünü ertələməyin.
Səbrli, amma qətiyyətli olun. Şübhəli layihələrə qatılmayın. Maliyyə vəsaitinizlə risk etməyin.
Yolda maksimum ehtiyat tələb olunur.
Günün ikinci yarısında yaxınlarınız sakitlik və harmoniya istəyəcəklər. Sirlərinizi paylaşmağa tələsməyin. Açıq-aşkar söhbətə hələlik lüzum yoxdur.
Balıqlar - Əsəblərin tarıma çəkiləcəyi, qarışıq gündür. Adi günlərdən fərqli olaraq sizdən daha çox işlərin görülməsi tələb olunacaq. İndiyəcən məşğul olduğunuz məsələləri başa vurun. Heç bir işi yarımçıq saxlamayın. Vaxtınızı qənaətlə sərf edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemi həll etməsəniz, əhvalınız korlana bilər.
Ailədəki təmaslarda da emosional fon yüksək olacaq. Yaşananlara rəğmən sakit, soyuqqanlı və təmkinli olun. Hisslərinizə hakim olun.
Axşam saatlarında rasionunuza fikir verin.
milli.az
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Yevlaxda silahlı insident: sabiq icra başçısının oğlu adam güllələdi
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı