Rusiya Avropa sərhədinə yeni raket sistemi yerləşdirdi: "İstədiyimiz yerdə tətbiq edəcəyik" - ABŞ-a sərt cavab

img

11-02-2018 [14:25]


Rusiyanın Kalinqrad vilayətinə yeni "İsgəndər" reketləri yerləşdirməsi Vaşinqtonu narahat edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conn Mişel Kalinqrada yerləşdirilən "S-400" və yeni, daha güclü "S-500" raket komplekslərinin iki dövlət arasında ikitərəfli müqaviləyə zidd olmadığını, lakin bunların Avropaya təhdid olduğunu bəyan edib: "Rusiyanın bu addımı qonşu ölkələrlə böhranı artıracaq".

Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Yuri Svıtkin isə ABŞ-ın mövqeyinə sərt reaksiya verib: "Rusiya vacib bildiyi bölgələrə silah yerləşdirməyə davam edəcək. "İsgəndər" raket sistemləri bizim dövlətimizin və müttəfiqlərimizin maraqlarını qoruyur. Biz bu və buna bənzər raketlərlə sərhədlərimizi gücləndirəcəyik. Bu, daha çox ABŞ-ın bizim torpaqlarımıza yaxın yerlərdə yeni sistemlər və hərbi bazalar quraraq pozmağa cəhd etdiyi balansı qorumaq üçün vacibdir. Bir sözlə, Rusiya istədyi ərazidə yeni raket sistemlərini tətbiq edəcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA