Ərdoğan Putinə xahiş etdi, türk qırıcılarına qadağa qalxdı - Afrində bugünkü sürətli əməliyyatın sirri açıldı

img

09-02-2018 [20:37]


"Dünən Ərdoğan Putinlə telefonda danışdı, bu gün Türkiyə qırıcılarına Suriya səması yenidən açıldı. Nəticədə PYD/PKK-nın  40-dan çox hədəfi bombardanla məhv edildi, daha 8 kənd sürətli əməliyyatla azad olundu".

Mia.az xəbər verir ki, bu barədə Türliyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, bir neçə gün əvvəl  Rusiya qırıcısının vurulmasından sonra Suriya səmasını digər ölkələrin təyyarələrinə qapadan Rusiya məhz Ərdoğanın xahişi ilə qadağanı qaldırıb: 

"Putin bir neçə gün əvvəl Suriyada rus təyyarəsinin vurulmasından sonra Suriya səmasında yeni elektron sistem yaradılacağını, bununla da Rus hərbi bazası və təyyarələrinin daha mükəmməl qorunacağı, həmçinin "dost-düşmən təyyarə və raketinin tanınması"nın tətbiqinin gücləndirilməsi   ilə əlaqələndirdiyi qadağanı Ərdoğanın xahişi ilə qaldırıb. Buna görə, bir neçə günlük çətinlikdən sonra türk qırıcıları bu gün Afrində 8 kəndin azad edilməsi ilə müşaiyət olunan güclü əməliyyat keçirə bilib".

Məlumata görə, Rusiyanın yeni sistem tətbiqi ilə hələ bir neçə gün çəkə bilər: "Buna qədərsə, Türk təyyarələrinə yalnız Afrinin səması açıq olacaq". 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA