Prezidentin iqamətgahına bomba ataq - Jirnovskidən daha bir şok açıqlama +Video

img

05-02-2018 [23:22]


Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidenti Pyotr Poroşenkonun iqamətgahına nüvə silahı ilə hücüm etməyi təklif edib.

Siyasətçi belə bəyanatla "Rossiya 1” telekanalında "Vladimir Solovyevlə axşam” proqramının efirində çıxış edib.

"Kiçik bombanı. Xirosimaya atılan bomba qədər deyil, daha kiçik bombanı. Məsələn, 10 kilometr radiusda təsiri olan”, - siyasətçi deyib.

Xatırladaq ki, Jirinovski martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacağına və Ukraynanın bütün ordusunu məhv edəcəyinə söz verib.

publika.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA