"Obama Türkiyəni aldatdı, Tramp da eyni yolu tutub" - Ərdoğandan ittiham

img

07-02-2018 [14:03]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ lideri Donald Trampı Suriyanın Menbiç vilayətindən YPG qruplaşmasının çıxarılması ilə bağlı verdiyi vədə əməl etməməkdə ittiham edib.

Ərdoğan Vatikana rəsmi səfərindən sonra jurnalistlərlə görüşündə bu məsələyə toxunub: 

"Obama Türkiyəni Menbiçdəki Suriya silahlı kürdləri ilə bağlı məsələdə aldatdı. Tramp da eyni yolu tutub. Tramp bizə dedi ki, YPG orada qala bilməz və Fərat çayından şərqə yola düşəcəklər. Tramp etiraf etdi ki, Menbiçin əsl sahibi ərəblərdir. Amma o, verdiyi vədə əməl etmədi".

Ərdoğan əlavə etdi ki, Türkiyədə Menbiçdən olan qaçqınlar çoxdur. Onlar vətənlərinə qayıtmalıdırlar və Menbiç əsl sahiblərinə qovuşmalıdır.

Bununla yanaşı, Ərdoğan Birləşmiş Ştatları kürdlərə silah verməkdə ittiham edib. Yanvar ayının sonunda Tramp bəyan edib ki, Vaşinqton bu yardımı dayandırır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA