Türkiyə Afrində bir gündə 7 şəhid verdi - Yaralılar var + Yenilənib

img

03-02-2018 [21:09]


"Zeytun budağı" əməliyyatı çərçivəsində bu gün Türkiyə ordusu daha iki şəhid verib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Afrin və adıçəkilən bölgə ilə Türkiyənin Kilis şəhəri sərhəddində PYD terrorçuları ilə gedən döyüşlərdə  iki türk əsgəri həlak olublar.

Raket zərbəsi nəticəsində 5 əsgər yaralanıb, biri isə şəhid olub. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Bundan başqa, 1 əsgər isə terrorçularla atışmada şəhid olub. Hazırda bölgədə əməliyyat davam edir. 

***

Türkiyə Silahlı Qüvvələri (TSQ) daha bir əsgərin şəhid olduğunu açıqlayıb. Məlumata görə, Şey Horoz bölgəsində terrorçular Türkiyə ordusuna məxsus tankı vurublar. Hücum nəticəsində bir əsgər şəhid olub, biri isə yaralanıb.

***

Bu gün axşamüstü isə  PYD terrorçuları Afrində Türkiyə ordusunun mövqeyini raket atəşinə tutub. Nəticədə daha 4 türk əsgəri şəhid olub, bir neçə əsgər isə yaralanıb.

Beləliklə, gün ərzində "Zeytun budağı" əməliyyatı çərçivəsində bu gün Türkiyə ordusu daha 7 şəhid verib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA