Tanınmış gürcü şairi Besik Xaranaulinin “Xoşbəxtlik anı” adlı kitabı Bakıda çap olundu - Açıqlama + FOTO

img

03-02-2018 [16:17]


Bu günlərdə Bakıda "Professor Mədəd Çobanov adına XEY­RİY­YƏ FON­DU” tərəfindən tanınmış gürcü şairi Besik Xaranaulinin "Xoşbəxtlik anı” adlı şeirlər və poemalar kitabı nəfis şəkildə çap olunaraq oxuculara təqdim olunub.

Bu barədə Mia.az-a Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib. 

O, bildirib ki, Fondun sayca 12-ci nəşri olan bu kitabı gürcü dilindən Gürcüstanın qədim Qarayazı (indiki Qardabani) rayonundakı qədim Təhlə kəndində yaşayıb-yaradan tanınmış soydaşımız, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri, istedadlı şair-tərcüməçi Allahverdi  TƏKLƏLİ (Əhmədov) çevirib.

Bakıdakı "Borçalı” nəşriyyatında işıqüzü görən kitabın redaktoru Etimad BAŞKEÇİD, naşiri Müşfiq BORÇALIdır.

Kitabda görkəmli gürcü şairi Besik Xaranaulinin dox­sa­­na ya­xın şeiri ilə yanaşı həm də "İki mə­qam”, "Vaja Pşa­vela­nın qatır be­lində Çarqalidən Tbilisiyə gedişi və yol boyu xanımıy­la söh­bə­ti” və "Biz kar­tof çıxarırıq” adlı poemaları ve­ril­­­mişdir. 

1939-cu il təvəllüdlü Besik Xaranauli gürcü ədə­­­biyyatının 60-cı illər nəslinin tanın­mış nüma­yən­də­lərindən biridir. Heç kimə bənzəməyən üslu­bu, təhkiyəsi və şeirlərinin formasıyla yenilikçi imza­la­rın başında gələn Besik Xaranauli gür­cü ədəbi mü­hiti­nin ən novator yaradıcılarından sayılır. Şota Rustaveli və İlia Cavçavadze adına mükafatların laureatıdır. 2010-ci ildə Nobel mükafatına namizədliyi irəli sürülmüşdür. 

Kitaba tanınmış tənqidçi, esseist, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, 
2010-cu ildən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olan Rüstəm Kamal 
"Şairin müdrükliyi və azadlığı...” sərlövhəli ön söz yazıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA