"Əgər igidsənsə, bunun terror təşkilatı olduğunu açıqla, ancaq edə bilməzsən" - Ərdoğan CHP liderinə səsləndi

img

03-02-2018 [15:17]


Türkiyə prezidenti Ərdoğan lideri olduğu partiyanın Bitlisdəki toplantısında bu gün qurultay keçirən CHP və onun lideri Kamal Kılıcdaroğluna mesaj göndərib.

Mia.az xəbər verir ki, Ərdoğan "Aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar" deyərək, ilk öncə Afrin əməliyyyatına diqqəti çəkib: "Dünənə qədər kürəklərini söykədiklərinə güvənib, bu millətə meydan oxuyan terrorçular hinlərini başlarına necə yıxdığımızı görüncə, sürünənə dönüblər.  Onların necə sürünənə döndüklərini görürsüz. 

İndi bu ana müxalifətin başında duran o zata səslənirəm: ey Bay Kamal, indi qurultay keçirirsən. De görüm, bu PYD terror təşkilatıdırmı? Əgər igidsənsə, bunun terror təşkilatı olduğunu açıqla. Ancaq sən bunu açıqlamayacaqsan. Çünki sən onların məclisdəki təmsilçiləri ilə qol-qola dolaşan birisən...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA