İclasa gecikən nazir istefa verdi: "Çox utanıram..."

img

01-02-2018 [18:58]


Böyük Britaniyanın Beynəlxalq İnkişaf naziri Maykl Beyts Lordlar palatasının iclasına gecikdiyi üçün istefa verdiyini açıqlayıb.

Bu barədə "Qardian” informasiya yayıb.

"Yerimdə olmadığım üçün çox utanıram. Buna görə də dərhal Baş nazirə istefamı təklif edəcəm. Üzr istəyirəm”, - parlamentin iclasına cəmi bir neçə dəqiqə gecikən nazir bildirib.

Nazirin istefa ilə bağlı sözləri Lordlar palatasında etirazla qarşılanıb. Böyük Britaniyanın Baş nazirinin ofisində nazirin istefa ərizəsinin qəbul edilmədiyi və Beytsin öz postunda qaldığı bildirilib.

Qeyd edək ki, Maykl Beyts 2008-ci ildə nazir postuna gətirilib/Axar.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA