Putin Ərdoğana Soçi görüşü ilə bağlı şok məlumat açıqladı: "Həmin şəxs saxta sənədlərlə görüşə qatılıb”

img

01-02-2018 [14:07]


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Soçidə keçirilən Suriya toplantısını qiymətləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərin suallarını cavablandırıb:

"Suriya müxalifətinin nümayəndələri təmsilçilik hüququnu Türkiyə tərəfinə verdi. Suriya problemi çox çətin məsələdir. Biz Türkiyənin və müxaliflərin ortaq mövqeyini səsləndirdik. Zirvəyə Mihrac Ural adlı terrorçu da qatılmışdı. Onun siyahıda adı yox idi. Bundan çox narahat olduq. Rusiyadan həmin terrorçunun dərhal tutulmasını və Türkiyəyə ekstradisiyasını istədik. Müttəfiqimiz olan ölkədə terrorçunun belə şou göstərməsi qəbuledilməzdir. Dünən Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığında Ərdoğan bununla bağlı narahatlığını Putinə bildirdi. Putinin sözlərinə görə, həmin şəxs saxta sənədlərlə görüşə qatılıb”.

Qeyd edək ki, Mihrac Ural 2013-cü ildə Hatayın Reyhanlı rayonunda təşkil olunan və 52 nəfərin ölümünə səbəb olan teraktla bağlı axtarışda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA