ARB TV-nin narazılığa səbəb olan verilişlərinin adlarını açıqlandı - SİYAHI

img

29-01-2018 [13:11]


"Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-nin bəzi verilişlərini xüsusi diqqətlə monitorinq edir".

Bunu MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, ARB-nin bəzi verilişlərinə monitorinqlər zamanı diqqəti xüsusilə artırılıb: "Bunlar əsasən şou verilişlərdir. Kanalın bəzi verilişlərində - "Boş anlar”, "Vüsaləylə sözbəsöz”, "Səhər-səhər”, "Şou məkan”, "Sayqa ilə bu axşam” və s. -  baş verənlər cəmiyyətdə, sosial mediada geniş müzakirələrə, tənqidlərə səbəb olub”. 

O qeyd edib ki, həmin verilişlərdə bəzi şou nümayəndələri özlərini həddən artıq sərbəst aparıb və aparıcılar da buna geniş şərait yaradıblar: "Ümumiyyətlə, bu yayım mövsümündə ARB-nin bir sıra şou verilişlərində narazılığa səbəb olan hallar artıb. Baş verənlərlə bağlı arayışlar tərtib edilir”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA