29-01-2018 [01:12]
Qoç - müxtəlif profilli məsələləri həll etmək iqtidarındasınız. İstənilən şəraitə və ya iş ritminə uyğunlaşmaq potensialınız var. Fəqət, daha yaxşı bələd olduğunuz fəaliyyət növünə üstünlük verin.
Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələlərdə yaxşı gəlir əldə edə bilərsiniz. Vergilər, hüquqi problemlər və s. təki çətinliklərin çözümünü ertələməyin.
Yaxınlarınızla münasibətlər qarşılıqlı etibar və etimada əsaslanmalıdır. Ailə üzvləri ilə ünsiyyətdə səbrli olun. Əks təqdirdə mübahisə istisna deyil.
Buğa - niyyətlərinizə uyğun olaraq gün keçirməyə can atmayın. Əlverişli situasiyadan faydalanın və səylərinizi, enerjinizi, qüvvənizi bacardığınız işlərə yönəldin.
Boş söhbətlərə vaxt sərf etməyin. Tənbəl davranmayın.
Günün ikinci yarısında yeni informasiyalar əldə etməyə çalışın. Dostlarla münasibətləri korlaya biləcək addımlar atmayın. Hisslərinizin əsiri olmayın.
Axşam saatlarını özünüzə həsr edin.
Əkizlər - süst olmayın. Maddi rifah səviyyənizi yüksəldə bilərsiniz. Tərəfdaş və ya şəriklə münasibətlərdə kiçik sərinlik yaranacaq. İşgüzar fəaliyyət müstəvisində vəziyyətin stabilliyi pozulacaq. Hər şeyə rəğmən nikbin olun.
Günün ikinci yarısında problemlərin həllinin maraqlı və yeni yolları görünəcək.
Ailə üzvləri ilə dartışmayın. Məsuliyyətdən yayınmağa, vədinizi unutduğunuzu göstərməyə çalşımayın. Fiziki təmrinlər üçün vaxt tapın.
Səhhətinizin qayğısına qalın.
Xərçəng - işgüzar səfər və ya ezamiyyət üçün fəna sayılmayacaq gündür. İndiyədək sizi narahat edən problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Çoxdankı münaqişə və ya mübahisəni sülh yolu ilə çözün. Fəaliyyətinizi diqqətlə müşahidə edirlər.
Huşyar, sərvaxt olun.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə problemlər formalaşa bilər. Ağır olacaq. Yaxınlarınız sizi tənqid edəcək, pisləyəcəklər. Onları anlamağa çalışın. Emosiyaların əsiri olmayın.
Axşam saatlarında bir müddət tək qalın.
Şir - daşınmaz əmlak və alqı-satqı əməliyyatları gəlir vəd edir. Məişət texnikası alanda məsləhətləşin. Mövqeyinizi sürətlə dəyişməyin. Yaxın ətrafınızdakı insanların təsiri altına düşməyin. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan birinin laqeyd, soyuqqanlı davranışı ilə üzləşəcəksiniz. Qəbul olunmuş oyun qaydalarını pozmayın.
Axşam saatlarında passivləşməyin. Səhhətinizin qeydinə qalın.
Qız - işgüzar sahədə aktivliyi artırın. Yeni strategiyaları araşdırın, taktikanı fərqli edin. Anlaşmalar, müzakirələr, danışıqlar üçün pis zaman deyil. Bacarıq və imkanlarınızı, potensialınızı nümayiş etdirin.
Sərmayə barədə düşünürsünüzsə, maliyyə imkanlarınızı dürüst qiymətləndirin. Əsla tələsməyin.
Günün ikinci yarısında ailə problemləri və məişət qayğılarının sayı artacaq. Subaysınızsa, ünsiyyət dairənizdə yeniliklər edin. Obrazınızın islahatlara ehtiyacı var.
Axşam saatlarında evdən kənarda əylənə bilərsiniz.
Tərəzi - fəaliyyətinizin məhsuldar olmasını istəyirsinizsə, pozitiv insan təsiri bağışlayın. Yeni biliklər və təcrübənin əxz olunması peşəkar müstəvidə irəliləyişinizə təkan verəcək. Durum sizi başqalarının problemləri ilə məşğul olmağa vadar edə bilər. Texnika almaq üçün pis gün deyil. Bu gün alacağınız əşyalardan uzun müddət istifadə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla və ya sevdiyiniz insanla münasibətləri ayırd etməyə çalışmayın. Tənqidlə iradları ifrata çatdırmayın.
Axşam saatlarında uzaq səfərə çıxmayın.
Əqrəb - məqsədə doğru düşünülmüş şəkildə irəliləsəniz, niyyətinizə çatacaqsınız. Kiçik maneələr və xırda sədlər sizi ləngitməməlidir. Təşəbbüskar olun, amma praqmat davranın. Situasiyadan tam yararlanın. Alış-veriş üçün münasib zamandır.
Etibar etdiyiniz insandan borc ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla, dəyər verdiyiniz insanla kobud danışmayın. Əhvalınızı korlayacaq sözlər deyən insandan uzaq durun. Axşam saatlarında idmanla məşğul ola bilərsiniz.
Oxatan - yaxın gələcəkdə sizə gəlir gətirə biləcək planları həyata keçirməyə başlayın. Şansı əldən verməyin, situasiyadan yararlanın. Maraqlı perspektivləri ayırd edin. Önəmli layihədə irəliləyişə nail olmaq üçün yollarla vasitələri arayın. Karyeranızı inkişaf etdirmək fikriniz varsa, ən yaxşı məziyyətlərinizi göstərin.
Günün ikinci yarısında yaxınlarınızda təmaslarda hisslərinizə nəzarət edin. Ailədə anlaşılmazlıq və münaqişənin alovlanmasının səbəbkarı olmayın. Çoxdankı olayla bağlı xatirələr sizə ağrı-acı bəxş edəcək. Bədbinliyə qapılmayın.
Axşam saatlarında gəzintiyə yollanın.
Oğlaq - nəzərdə tutduğunuz layihələrin əksəriyyətini bu gün uğurla reallaşdıra bilərsiniz. Yeni biliklər və məlumatlar əldə etməyə çalışın. Yaradıcılıqla məşğul olmaq mümkündür. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin. Uzaqdan gəlmiş adamları diqqətlə dinləyin.
Günün ikinci yarısı hərbçilər və səhiyyə sahəsində çalışanlar üçün daha münasib olacaq. Yaxınlarla səmimi ünsiyyət üçün pis zaman deyil. Həddən artıq inadkar və qətiyyətli olmayın. Ailə üzvlərini anlamağa can atın.
Axşam saatları romantik anlar vəd edir.
Dolça - adi, gündəlik, rutin işləri yarımçıq qoymayın. Ötənlərdə yol verdiyiniz səhvləri təhlil edin. Əsas məqsədə doğru sürətli irəliləyişə nələrin mane olduğunu araşdırın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin.
Sınaq zamanıdır.
Günün ikinci yarısında inadkarlığınız və ya qabalığınız ailədə münaqişəyə səbəb ola bilər. Güzəştə meylli davranın, problem yaratmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - öhdənizə düşən işləri vaxtında başa çatdırın. Rəqiblər passiv deyillər. Onlar istənilən səhvlərinizdən öz xeyirləri üçün istifadə edəcəklər.
Sizə meydan da oxuna bilər. Bədxahların və ya rəqiblərin təşəbbüsü ələ almalarına imkan verməyin. Mübarizəyə hazır olun.
Sevdiyiniz insan günün ikinci yarısında sizi qısqana bilər. Duruma heç bir səbəb olmadığı üçün yaşananlar sizinçün xoşagəlməz sürprizə çevrilə bilər.
Axşam saatlarında aktiv istirahəti seçin.
milli.az
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb