"Rusiyanın tək bir həmləsi minlərlə insanın ölümünə səbəb ola bilər" - İngiltərənin müdafiə naziri

img

27-01-2018 [00:07]


Rusiya Böyük Britaniya iqtisadiyyatına böyük zərər verir.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Britaniyanın müdafiə naziri Gavin Villiamson deyib.

O daha sonra Rusiyanın yarada biləcəyi daha bir təhlükənin anonsunu verib: "Rusiyanın tək bir həmləsi İngiltərədə minlərlə insanın ölümünə səbəb ola bilər".

Xatırladaq ki, bir neçə gün əvvəl Britaniya ordusunun Baş qərargah rəisi Nik Karter hökumətin müdafiə sahəsinə ayırdığı büdcəni azaltmasını tənqid edib. O, Rusiya ordusunun gerisində qaldıqlarını və bunun da Britaniya üçün ciddi bir təhdid olduğunu bildirib. Əlavə edib ki, Rusiya gözləniləndən daha tez düşmənçiliyi şiddətləndirəcək.

Onu da qeyd edək ki, bir neçə ay əvvəl baş nazir Tereza Mey də Moskvanə hərbi təhdid göstərmək də ittiham etmişdi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA