24-01-2018 [18:51]
Ötən il Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, bu faktlar Naxçıvan qarnizonu qoşunlarında 2017-ci tədris ilində döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətinə dair keçirilən müşavirədə səsləndirilib.
Əvvəlcə muxtar respublikada ordu quruculuğundan bəhs edən "Ordumuzun təməl ünvanı Naxçıvan” adlı film nümayiş etdirilib.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev 2017-ci tədris ilində qoşunlarda döyüş hazırlığının, döyüş və döyüşə hazırolmanın, nizam-intizamın vəziyyətinə dair məruzə edib.
"Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyanın qabaqcıl, regionumuzun isə lider orduları səviyyəsinə yüksəlib”, – deyən Kərəm Mustafayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir.
"Ali Baş Komandan İlham Əliyevin 2017-ci il yanvarın 11-də Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Orduda əsgər yataqxanasının və əsgəri-məişət kompleksinin açılışını etməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəhbərliyi və Azərbaycan Respublikası müdafiə nazirinin iştirakı ilə iyunun 15-də Azərbaycan-Türkiyə "Birgə əməliyyat-taktiki təlimi”nin və oktyabrın 18-də Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25 illiyinə həsr edilmiş hərbi paradın keçirilməsi ötən ilin ən yaddaqalan tədbirləri olub”, – deyən Kərəm Mustafayev, 2017-ci ildə motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı bölmələrin əsas fənlər üzrə döyüş hazırlığında saxlanılması və öyrədilməsi tapşırıqlarının uğurla yerinə yetirildiyini, bölmələrin döyüş potensialı və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirildiyini vurğulayıb. Əsas güc praktiki məşğələlərin sayının artırılmasına və hərbi kollektivlərin əlaqələndirilmiş fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilərək döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktik təlim və məşğələlər keçirilib. Naxçıvan qarnizonu qoşunları bütün bu tədbirlərdə qarşısında duran tapşırıqların öhdəsindən layiqincə gəlib. Hesabat ilində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üzərlərinə düşən vəzifələri uğurla icra edib, 2017-ci ilin hazırlıq planında göstərilmiş tədbirlər tam yerinə yetirilib.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev qeyd edib ki, 2018-ci tədris ilində də Naxçıvan qarnizonunun qoşunları qarşılarında duran bütün tapşırıqları layiqincə yerinə yetirərək döyüş qabiliyyətini yüksəldəcək, Naxçıvan Muxtar Respublikasının müdafiə və mühafizəsini daha da təkmilləşdirib, onun təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısını qətiyyətlə alacaqdır.
Məruzə ətrafında müzakirələr zamanı Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, general-mayor Yaşar Həsənovun, Hərbi Məhkəmənin sədri Qasım Əliyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Ramin Əhmədovun, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyevin, fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimovun, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin, Əlahiddə Ümumqoşun Ordunun idarə və şöbə rəislərinin 2017-ci tədris ilində görülmüş işlər və 2018-ci tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təklifləri dinlənilib.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev müşavirəyə yekun vuraraq, 2018-ci tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis sədrinin tapşırıqlarını diqqətə çatdırıb.
Sonda döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr əldə etmiş hərbi qulluqçulardan 4-nə "Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar, 1-nə qiymətli hədiyyə, 4 nəfərə fəxri fərman təqdim olunub, 5 nəfərə isə təşəkkür elan edilib.
Bu gün II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər