24-01-2018 [00:37]
Qoç - rəqiblərlə təmaslar üçün əlverişli zamandır. Mübahisədə uduzmamağa çalışın. Nə qədər paradoksal olsa da, tələskənlik gecikmələrə rəvac verəcək. Başladığınız işi diqqətlə görün. Vaxt qıtlığı hiss olunsa da, vurnuxmayın.
Günün ikinci yarısında sevdiyiniz insanla söhbət zamanı məişət problemlərini müzakirə etməyin. Fəlsəfi, intellektual mövzularda söhbəti ertələyin.
Axşam saatlarında fiziki təmrinlərlə məşğul olun. Amma intensiv məşqi seçməyin.
Buğa - fəaliyyət göstərdiyiniz sahədəki çətinliklər və maliyyə problemlərinin sayı az deyil. Onların hamısını bu gün həll etmək mümkün deyil. Yaranmış situasiyanı soyuqqanlı şəkildə dəyərləndirin. Belədə bir sıra problemlərin yaranma səbəblərini anlayacaqsınız.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərə fikir verin. Ailə üzvləri ilə təmaslarınızda aqressivliyə yer olmamılıdır. Bəzi qohumlarınız davranışınızdan narazıdır.
Əkizlər - hərəkətləriniz qarışıq, laübəli, məntiqdən kənar olmasın. Pul xərcləməzdən əvvəl yaxşıca düşünün. Alış-veriş faydasız alına bilər. Emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanların istəklərinə kor-koranə riayət etməyin.
Günün ikinci yarısında ailədə qəfil situasiya formalaşa bilər. Tənqid və iradların sayını artırmayın. Yaxınlarınızla münasibətlərin saf-çürüyünə başlamayın. Tarıma çəkilmiş əsəblər axşam saatlarına yaxın normallaşacaq. Romantik şam yeməyi istisna deyil.
Xərçəng - ümumən pis gün deyil. Başladığınız işləri izafi çətinlik çəkmədən başa vura biləcəksiniz. Aktiv olun, süstlüyə qapılmayın. Tənbəllik etsəniz, rəqibləriniz sizi qabaqlayacaqlar. Rutin, hər gün məşğul olduğunuz işlərə başdansovdu yanaşmayın. Qəfil mənbədən gəlir əldə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlər idealdan çox uzaq olsa da, nigaran qalmayın. Önəmsiz, kiçik məsələlərə görə mübahisələr etməyin. Ailə üzvlərinizdən biri ilə bağlı qeybət edənə sərt, layiqli cavab verin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Şir - hadisələrin axarına süni təkan verməyə çalşımayın. Düşünülməmiş qərarlar və tələsik addımlar uğur əldə etmək şanslarınızı azaldacaq. Yaxşı düşünüb-daşının, proseslərə kənardan baxmağa çalışın. Yalnız öz maraqlarınızı düşünməyin. Yaxın ətrafınızdakı insanların da mənafelərini unutmayın.
Günün ikinci yarısında maliyyə işlərində ehtiyatlı olun. Yaxşı tanımadığınız insanlarla sövdələşməni müzakirə etməyə dəyməz.
Şəxsi həyatınızdakı vəziyyət narahatlığınıza səbəb olacaq. Tanışlardan biri ilə anlaşılmazlıq münaqişəyə çevrilə bilər. Səbrli, təmkinli olmasanız, münasibətlər, ümumiyyətlə, kəsilə bilər.
Qız - günün ilk yarısında əhvalınız sürətlə dəyişəcək. Şəxsi mənfəətinizi düşünərək eqoistlik etməyin. Dəyər verdiyiniz insanların maraqlarını düşünməyə çalışın. Beldə işlərinizdə ciddi uğurlara nail ola bilməyəcəksiniz.
Günün ikinci yarısında önəmli məsələlərin həllini təxirə salmayın. Hisslərinizə qapılmayın. Emosional davranış yalnız zərər vəd edir.
Şəxsi münasibətlərdə diqqətli davranın. Sevdiyiniz insanla ünsiyyətlərdə sərrast davranın. Heç bir səbəb olmadan şübhələnməyin. Qısqanclıq qərarlarınıza təsir edəcək.
Tərəzi - planlaşdırdığınız işlər üçün o qədər də uğurlu olmayan situasiyadır. Gecikmələr, təxirəsalmalar, çətinliklər və problemlər qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişinizə ciddi maneələrə çevrilməməlidir.
Günün ikinci yarısında genişmiqyaslı layihəyə başlamayın.
Uzaq yola çıxmayın, səyahəti ertələyin. Daşınmaz əmlakla bağlı əməliyyatla məşğul ola bilərsiniz. Axşam saatlarında stressdən qurtularaq bir qədər istirahət edə bilərsiniz.
Gəzintiyə çıxmaq imkanı varsa, durumdan yararlanın.
Əqrəb - məqsədə doğru inamla və qətiyyətlə irəliləyin. İlk baxışdan adi, önəmsiz təsir bağışlayan situasiyalar işlərinizə maneələr yarada bilər. Narahat olmayın, təlaşa qapılmayın. Çətinlikləri impulsiv qərarla çözmək niyyəti yeni problemlər vəd edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin neqativ təsirinə məruz qalmayın. Ağır situasiya çox çəkməyəcək.
Müşküllərin həllini ailə üzvlərindən birinə həvalə etməyin. Axşam saatlarında müstəqil, təkbaşına istirahəti seçin.
Oxatan - günün ilk yarısında sərt rəqabətlə üzləşə bilərsiniz. Sifarişçi, tərəfdaş və ya həmkarla sərt mübahisə etməyin. Kəskin fikr ayrılıqları işdə rəhbərliklə münasibətləri korlaya bilər. Vəziyyətin doğurduğu çətinliklərin öhdəsindən gələ biləcəyinizi düşünsəniz də, həddən ziyadə təşəxxüslü olmayın.
Günün ikinci yarısında qərarlarınızın fəsadlarını və mümkün perspektivlərini düşünün. Addımlarınızı götür-qoy edin. Ailə həyatında sakitlik olmalıdır. Yaxınlarınızdan birinin davranışını bəyənməsəniz, sərt tənqidə üz tutmayın. Kimsəyə necə yaşamaqla bağlı dərs keçməyin.
Süni narazılıqlara səbəb olmayın.
Oğlaq - gündəlik və rutin qayğılar, asan işlər belə, ifrat yorğunluğa səbəb ola bilər. İş gününün sonunadək qüvvənizi və potensialınızı dürüst hesablayın. Ağır işə başlamayın. Təmasları azaldın, ünsiyyət çevrənizi məhdudlaşdırın.
Günün ikinci yarısında heç bir əlavə işə başlamayın.
Ev işləri və məişət qayğıları ciddi yanaşma tələb edir. Texnikanın sıradan çıxması, məişət avadanlığının işləməməsi mümkündür. Tanışlarınızdan biri sözünün üstündə durmayacaq, vədləri unudacaq. İti və kəsici alətlərlə işləyəndə sərvaxt olun.
Dolça - günün ilk yarısında yaşamın və fəaliyyətin bütün sahələrində gərgin vəziyyət müşahidə olunacaq. Çalışdığınız sahədə qəfil yaranan situasiya sizi təbdən çıxarmamalıdır. İşdə həmkarlar və rəhbərliklə münaqişəyə başlamayın.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə sözlərinizə fikir verin. Boş vədlərə aldanmayın. Sevdiyiniz insanı tənqid etməyin.
Kimsə sizə qarşı intriqa hazırlayır. Tora düşməyin.
Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Normal istirahət etməyi unutmayın.
Balıqlar - texniki problemlərə və informasiya mübadiləsindəki problemlərə rəğmən çətin anlarda özünüzü itirməyin. Situasiyanı nəzarətdə saxlayın.
İradəniz sayəsində maneələri dəf edin. Bilik və bacarıqlarınız layiqincə dəyərləndiriləcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı şəxslərdən birinin iradlarını eşidəcək, izafi tələbləri ilə qarşılaşacaqsınız. Nikbin olun. Münaqişənin alovlanmasına imkan verməyin.
milli.az
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb