Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratoru oldu, sərgi keçirdi - Fotolar

img

23-01-2018 [21:40]


Yanvarın 20-də İtaliyanın Bolonya şəhərində "Fikrini dəyişmək ormaldır!” sərgisi açılıb. 

Mədəniyyət və Turizm Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, sərginin kuratorları Lorenso Balbi və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevadır.

"Keçirilməsi ilə Lorenso Balbinin və azərbaycanlı elmi işçi Suad Qarayeva-Malekinin məşğul olduqları "It’s OK to change your mind!” sərgisi "İyirmi bir rus baxışı” devizi altında baş tutacaq. Sərgidə "Qazprombank”ın kolleksiyasından 21 rus rəssam və fotoqrafının əsərləri nümayiş olunur”, - İtaliyada dərc olunan "Koryere di Bolonya” qəzeti yazır.

Qeyd edək ki, sərgi martın 18-nə kimi davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA