"Ərazi bütövlüyü əsas məsələdir, əks halda bütün dünyada xaos əldə etmiş olarıq” - Gürcüstanın Baş naziri

img

23-01-2018 [20:17]


"Ərazi bütövlüyü regional münaqişələrin həlli üzrə danışıqların təməl daşı olmalıdır”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun "Avrasiya: strateji perspektiv” sessiyasında deyib.

Baş nazirin sözlərinə görə, ərazi bütövlüyü əsas məsələdir və şübhə altına alınmamalıdır: "Əks halda biz yalnız regionda deyil, bütün dünyada xaos əldə etmiş olarıq”. 

G.Kvirikaşvili deyib ki, Gürcüstanın Qərbə meylliyi ilə bağlı siyasəti nə Rusiya, nə də digər qonşu ölkələrə qarşı yönəlib.    

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA