ABŞ-ın vitse-prezidenti Qüdsdən Tehranı hədələdi: "İrana qarşı birlikdə mübarizə aparmalıyıq”

img

23-01-2018 [15:31]


"İranın nüvə proqramı üzrə Əhatəli Birgə Fəaliyyət Planını dəyişməyin vaxtı çatıb”.

TASS xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 23-də Qüdsdə İsrail prezidenti Reuven Rivli ilə görüşdən əvvəl bildirib.

"Terrorçuluğun başlıca sponsoru olan dövlətə - İrana qarşı birlikdə mübarizə aparmalıyıq”, - o vurğulayıb. 

M.Pens ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların ləğv edilməsi müddətinin uzadılmasının Avropadakı müttəfiqlərinə siqnal olduğunu söyləyib: "Tramp açıq-aydın bildirib ki, əgər müttəfiqlərimiz bizi dinləməsə, o zaman biz İranla atom üzrə razılaşmadan təcili olaraq çıxacağıq. Ümid edirəm ki, yaxın aylarda İsrailin, ABŞ-ın və bölgənin maraqlarına uyğun dəyişikliklər baş verəcək”. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA