"Suriyadan sonra Qərbin hədəfi İran olacaq" - Rəsmi Tehrandan Türkiyəyə mesaj

img

23-01-2018 [13:29]


"Suriyadan sonra Qərbin hədəfi İran olacaq".

Axar.az xəbər verir ki, bunu Tehranda Qüdslə bağlı keçirilən konfransda çıxışı zamanı İran Ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti söyləyib.

"İmperializm tarix boyunca Qərbi Asiyaya (Yaxın Şərq) hakim olmağa çalışıb. 1916-cı ildə imzalanan "Sayks Pikot” razılaşması ilə Qərbi Asiya torpaqları parçalandı. İngiltərə Fələstin və İraq torpaqlarına haqlarını irəli sürərək, bölgəni yəhudiləşdirməyə çalışdı. ABŞ və Avropanın Yaxın Şərq siyasətinin əsas hədəfi Qərbi Asiya sərhədlərini dəyişməkdir. Onlar bununla Qafqaz və Mərkəzi Asiyaya da yayılmaq istəyirlər. Bu layihə sayəsində Çin və Rusiya sərhədlərinin hakim olmağa çalışırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, Suriyadan sonra Qərbin hədəfi İran olacaq:

"Bu arzularını ilk olaraq İraqda yeni Kürdüstan dövlətinin qurulması ilə həyata keçirmək istədilər. İranın yardımı ilə İraqın ərazi bütövlüyü qorundu. Burada qurulacaq kürd dövləti İsraillə sərhəd olmağımız demək idi”.

O, həmçinin, Türkiyənin Afrin əməliyyatlarına da reaksiya verib. Vilayəti İran olmadan Suriyada heç bir ölkənin uğur əldə edə bilməyəcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA