Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir

img

19-01-2018 [19:18]


Ermənistanın "Çıxış” müxalifət bloku yanvarın 19-da Yerevanda qiymətlərin yüksəlməsinə qarşı yürüş keçirir.

Virtualaz.org "Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, etiraz aksiyası "Moskva” kinoteatrının yaxınlığında yerləşən Şarl Azanavur meydanında başlayıb.

"2018-ci ilin başlanğıcından bütün qiymətlərin yüksəlməsi daha da güclənib və onsuz da çox ağır olan sosial vəziyyəti daha da kəskinləşdirib. Biz qiymətlərin artmasına və vergi yükünə "Yox!” deyirik”, - alyansın bəyanatında bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA