18-01-2018 [16:27]
Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov və Bank Standartın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Çingiz Cəlilov özünü təqsirli saymayıb.
Prosesdə təqsirləndirilən şəxsin vəkili Janna Bağırovanın suallarını zərərçəkmişin nümayəndəsi cavablandırıb.
Zərərçəkmişin nümayəndəsi suallara cavabda xatırladıb ki, Çingiz Cəlilov istintaqa 13 milyon 962 min manat pul vəsaitini məsimsədiyini etiraf edib.
Daha sonra şahid qismində Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov ifadə verib. O, 2001-ci ildən "Çudo Peçka” şirkətində baş direktor vəzifəsində işlədiyini söyləyib:
"İlk mağazanı da həmin il açdıq. Orta hesabla ildə 2-3 mağaza açırdıq. "Bank Standard”dan 2006-cı ildən kredit götürməyə başladıq. Biz hər ay banka 600 min manat pul qaytarırdıq. 2011-ci ildə bankın sabiq sədri Səlim Kriman bizə təklif etdi ki, gəlin birgə işləyək. Biz əvvəl razı olmadıq. Axırda məcbur olduq, onlar deyən şərtlərlə razılaşaq. Çünkü banka borcumuz var idi. Axırda bizi şirkətə yaxın buraxmadılar. Məhkəməyə müraciət etdik. 2016-cı ildə isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət bizə qaytarıldı”.
Şahid aldadıldıqlarını deyib: "2009-cu ildə köhnə borcları bağladıq, sonra yenidən kredit götürdük. Bundan sonra banka borcumuz yarandı. Biz onların dedikləri ilə hərəkət edirdik. Bankın sabiq rəhbəri Səlim Krimanla birbaşa mən əlaqə saxlayırdım”.
Daha sonra müdafiəçilərin suallarına cavab verən Pərviz Cəlilov bildirib ki, "Bank Standard”a ümumilikdə 15 milyon manat kredit ödəyiblər.
Şahid qeyd edib ki, Səbail rayon Məhkəməsindən banka 23 milyon manatlıq borcla bağlı bildiriş gəlib: "Bu barədə Səlim Krimanla əlaqə saxladım ki, biz belə danışmadıq, niyə belə oldu? Səlim Kriman da mənə "bu, rəhbərliyin göstərişidir”, deyə cavab verdi. Bildiyim qədəri ilə bankın rəhbəri Heydər Babayev idi. Səlim Kriman da Heydər Babayevi və onun həyat yoldaşını nəzərdə tuturdu. Axı, mən Heydər Babayevi deyil, Səlim Krimanı tanıyırdım”.
Pərviz Cəlilov qeyd edib ki, 2010-cu ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları şirkətə gəlib və onu həbs edib. Amma "MTN işi”ndə zərərçəkmiş kimi tanınmayıb: "MTN-də məndən 2 milyon manat pul istədilər. Mən də 1 milyon 200 min manata razılaşdım. Çünkü oradan canımı qurtarmaq istəyirdim”.
Pərviz Cəlilovun sözlərinə görə, "Bank Standard”dan ümumilikdə 18 milyon manat kredit götürüblər, həmin pullardan isə 15 milyon manatı ödəyiblər.
Növbəti proses yanvarın 25-də davam edəcək.
İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib/Teleqraf.com
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib