"ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır” - Türkiyənin Baş naziri

img

18-01-2018 [13:40]


"Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər”.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. 

ABŞ-ın Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarı haqqında Vaşinqton rəsmilərinin son açıqlamalarına münasibət bildirən baş nazir bu addımı yenidən tənqid edib: "ABŞ-ın atdığı addımlar müttfqiləyə yaraşmır. ABŞ qərarını dəyişdirməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən ard-arda fərqli bəyantlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır”.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-dən formalaşan "Suriya Demokratik Qüvvələri”nin silahlıları əsasında 30 minlik "sərhəd təhlükəsizlik qoşunu” yaratmaq niyyətində olduğunu bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA