Prezident ilham Əliyev Latviyanın sabiq prezidenti ilə görüzüb

img

13-09-2010 [04:20]


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq prezidenti, xanım Vayra Vike-Freyberqanı qəbul edib. Xanım Vayra Vike-Freyberqa Azərbaycana səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü deyib. Öz növbəsində, dövlət başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirib. Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan prezident ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini vurğulayıb. Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA