Metyu Brayzanın namizədlik məsələsinə sentyabrın 21-də baxılacaq

img

16-09-2010 [11:19]


Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr sentyabrın 21-də keçiriləcək. Bu barədə ABŞ Senatının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Həmin gün Senatın Xarici Əlaqələr komitəsində Amerikanın bir sıra ölkələrə, o cümlədən Azərbaycana, Çexiyaya, Almaniyaya və Sloveniyaya səfirlərinin təyinatı ilə bağlı növbəti müzakirələr keçiriləcək. Müzakirələr Bakı vaxtı ilə gecə saatlarına təyin olunub. Komitə Metyu Bryzanı təsdiq edərsə, o zaman onun məsələsi Senatın ümumi iclasına təqdim olunacaq. Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub. 2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi. Azərbaycan hökuməti bu qeyri-müəyyənliyin ikitərəfli əlaqələrə təsir etməsindən narahatlıq ifadə etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA