Bakıda mebel sexi yandı, gözətçi xəsarət aldı

img

13-09-2010 [02:59]


Bakıda mebel sexində yanğın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın sentyabrın 12-si saat 04.30 radələrində Suraxanı rayonundakı Park küçəsində baş verib. Bakı şəhər sakini Məhəmməd Qafarova məxsus mebel sexində yanğın nəticəsində sexin yanar konstruksiyaları yanıb, yanğını söndürməyə cəhd göstərən oranın gözətçisi Aleksandr Rındin isə yanıq xəsarəti alaraq xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA