Fərhad Əliyevin cinayət izi ilə bağlı axtarızda olan zəxs həbs edilib

img

26-08-2010 [12:23]


Bir sıra ağır cinayətlərə görə axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 179 (Mənimsəmə və ya israf etmə), 206 (Qaçaqmalçılıq) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan Rafəddin Əsgərov Ukraynanın Odessa şəhərində tutulub. Hazırda onun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür. Qeyd edək ki, R.Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işində adı hallanan şəxlərdən biridir. F.Əliyevin vəkili olmuş İsaxan Aşurov APA-ya açıqlamasında həbs olunmuş R.Əsgərovun məlum cinayət işində adı keçən şəxs olduğunu təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA