Cəlilabad sakini ilan sancmasından, Salyan "tokvurmadan" ölüb

img

13-09-2010 [03:19]


Sentyabrın 8-də Cəlilabad rayonunun Şorbaçı kənd sakini Ruslan Abbasovu ilan sancıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilmiş R.Abbasov sentyabrın 11-də orada ölüb. Sentyabrın 11-də Salyan rayonunun Kürsəngi kəndi ərazisində ?Salyan OİL? şirkətinə məxsus buruqda təmir işləri aparan İlqar Abıyevi elektrik cərəyanı vurub və nəticədə o, ölüb. Sentyabrın 11-də Xəzər rayonu ərazisindəki Z.Tağıyev adına NQÇİ-də işləyən Buzovna qəsəbə sakini Məhəmməd Məmmədov elektrik dirəyindən yıxılaraq ölüb. Bunu eşidən M.Məmmədovun qardaşı Şahin həyacan keçirdiyindən infarktdan ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA