Türk ordusunun uzunluğu 10 sm, eni 2,5 sm, çəkisi 18 qram olan yeni silahı: “Eşşək arısı” + VİDEO

img

14-01-2018 [13:44]


Türkiyə Silahlı Qüvvələri tərəfindən borbo beretlilərin tanıtım videosu hazırlanıb.

Videoda diqqət çəkən məqam xüsusi təyinatlıların işlətdiyi və TSK-ya yenicə daxil olan pilotsuz uçuş aparatıdır.

Uzunluğu 10 santimetr, eni isə 2,5 sm olan bu aparatın çəkisi 18 qramdır. "Eşşək arısı" ləqəbi almış aparatın üzərində 3 kamera var və 25 dəqiqə havada qalma gücünə malikdir.

Aparat terrorçularla mübarizədə çox əhəmiyyətli rol oynayır.

2010-cu ildə norveçli alim Proks Dinamiks tərəfindən hazırlanıb və ABŞ tərəfindən 2016-cı ildə 134 milyon dollara alınıb. Saatda 12 kilometr uça bilən bu aparatdan bugünədək 500 ədədi istehsal olunub. Rəsmi satış qiyməti 195 min ABŞ dollarıdır/Teleqraf.com..


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA