Rusiya Krıma "S-400"-ər yerləşdirdi - Peskovdan şərh

img

10-01-2018 [14:08]


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krımda "S-400" zenit-raket komplekslərinin ikinci divizionunun yerləşdirilməsi haqqında yayılan məlumatları şərh edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Vladimir Putinin sözçüsü Rusiya tərəfinin təhlükəsizliyini təmin etmək üçün atdığı zəruri tədbirlərin kimin üçünsə təhdid olmadığını deyib.

"Rusiya-Ukrayna sərhədində, Krım bölgəsində təxribat xarakterli fəaliyyətlərin davam etdirildiyini bilirik. Ona görə də Rusiya tərəfinin təhlükəsizliyi təmin etmək üçün atdığı bütün zəruri tədbirlər kimin üçünsə təhdid yox, öz təhlükəsizliyinin təmin edilməsi kimi qəbul olunmalıdır. Buna isə Rusiya tərəfinin tam suveren hüququ var", - D.Peskov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA