Vladiqafqazdakı partlayız zamanı iki azərbaycanlı ölüb

img

10-09-2010 [01:27]


Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarı qarşısında törədilən terror aktı nəticəsində iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb. Bu barədə RİA Novosti agentliyinin Vladiqafqazdakı Azərbaycan diasporasının üzvünə məlumat yayıb. Məlumata görə, Məmmədovlar ailəsinin üzvləri, Məmmədova soyadlı nənə, ana Elvira Sədi qızı Aşinova (22 yaş) və onun Rəşad Rövşən oğlu Aşinov (3 yaş) və Elnur Rövşən oğlu Aşinov (1,5 yaş) adlı iki oğlu ərazidən keçirmişlər. Partlayış nəticəsində ana və 3 yaşlı oğlu ağır yaralanaraq Moskva xəstəxanasına aparılıb. Nənə və az yaşlı digər nəvə isə Vladiqafqazdakı xəstəxanada keçinib. Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında açıqlanan siyahıda terror aktında yaralananlar arasında Abdullayev Rafael Müzadil oğlu (1976), Əliyev Rəhim (1972), Əliyeva Zemfira, Əliyeva Nəzirə Vəzir qızı, Əliyeva Tamila (1976), Qarayev Eldar Qulu oğlu, Yusifova İzal Amaz qızının (ad-soyad dəqiq olmaya bilər) kimi adlar da var. Ən son məlumatlara görə isə terrorçu kamikadzenin törətdiyi güclü partlayış nəticəsində 18 nəfər ölüb, 138 nəfər yaralanıb. Vladiqafqazın mərkəzi bazarı qarşısında törədilən terror aktı qurbanlarının xatirəsinə Şimali Osetiyada bu gün matəmdir. Respublika ərazisində regional televiziya və radio stansiyaların proqramlarında dəyişikliklər edilib. Yaralılardan ağır vəziyyətdə olan 11-i xüsusi reyslə Moskvaya aparılıb. Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, istintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun iştirakı ilə Vladiqafqazda operativ iclas keçirilib. Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun verdiyi məlumata görə, artıq üç şübhəli şəxs həbs olunub. Onlardan biri partladılan avtomobilin sahibi- Dobriev soyadlı İnquşetiya sakinidir. Onun sözlərinə görə, avtomobili Ekajevodan olan həmkəndlisinə satıb. Dobriyevin sözlərinə görə, avtomobili alan şəxsə sövdələşməni rəsmiləşdirməyi təklif etsə də, o, vaxt məhdudluğundan bundan imtina edib və avtomobilin idarəsi üçün etibarnamə xahiş edib. Avtomobili alan Axsib adlı şəxs Dobriyevə yalnız mobil telefonunun nömrəsini qoyub. Operativ istintaq qrupunun əməkdaşları saxlanan şəxsin də partlayışda əli ola biləcəyini istisna etmirlər. Həmçinin avtomobilin sahibinin Səid Buryatskinin gizləndiyi evdə olan Dobriev olub-olmadığı və ya yalnız eyni soyaddan söhbət getdiyi araşdırılır. Hadisə ilə bağlı terror, iki nəfər və daha artıq insanın ölümünə səbəb olma və silahdan qanunsuz istifadə maddələri cinayət işi açılıb. Xatırladaq ki, ötən gün Rusiyanın Şimali Osetiya regionunun paytaxtı Vladiqafqazda irimiqyaslı terror aktı törədilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA