Sarkisyan yoxa çıxdı: nə baş verir?

img

09-01-2018 [13:23]


Ermənistan Prezidenti Serj Sərkisyan yanvarın 5-6-sı Milad bayramı ilə bağlı keçirilən tədbirlərdə gözə dəyməyib.

Axar.az xəbər verir ki, yeni ildən etibarən Sərkisyanın səhhətinin pisləşdiyi, xəstəxanaya aparıldığı barədə erməni mətbuatında məlumatlar yayılıb.

"Jamanak”a görə, Sərkisyan səhhətində yaranan problemlər səbəbindən bayram tədbirlərində iştirak etməyib və prezident həmin vaxt "Nairi” tibb məntəqəsinə aparılıb.

Bir digər iddiaya əsasən isə Sərkisyan onsuz da tərk edəcəyi iqtidarını indidən yoxluğuna öyrətməyə çalışır. Bəzi mənbələr erməni liderin hansısa gizli və mətbuata açıqlanmayan görüş üçün ölkə xaricinə belə getdiyini yazır. Misal kimi də İranda ilin əvvəlində yaşanan gərginlik nəticəsində Sərkisyanın hər hansı bir müzakirəyə qatılması ehtimalı göstərilib.

Sərkisyanın mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan prezidentin yüngül soyuqdəyməsi olduğunu və bu müddət ərzində evində istirahət etdiyini desə də, görünür, erməni liderin bir anda yoxa çıxmasının ardında erməni mətbuatı hələ çox mətləblər tapacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA