Minsk qrupunun həmsədrləri Ermənistanın XiN rəhbəri ilə görüzüblər

img

09-09-2010 [04:25]


İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Həmsədrlər Ermənistanın XİN rəhbərinə Azərbaycan və Dağlıq Qarabağda keçirdikləri görüşlərin nəticələri barədə məlumat veriblər. Ermənistan xarici işlər naziri E. Nalbandyan münaqişənin nizamlanma prosesində separatçı Dağlıq Qarabağ rejiminin iştirakının labüd olduğunu və bunun münaqişənin tənzimlənmə prosesinə öz əhəmiyyətli təsir göstərəcəyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA