Bayram günü 20-25 yazlı gənc özünü 9 mərtəbəli binadan yerə atdı

img

09-09-2010 [12:11]


Müqəddəs Ramazan bayramı gündə Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən 20-25 yaşlı gənc oğlan özünü 9 mərtəbəli binadan yerə atıb. Məlumata görə, hadisə saat 11.20 radələrində rayonun M.Hadi küçəsi, 52 ünvanında qeydə alınıb. Hadisə şahidləri ANS PRESS-ə bildiriblər ki, o, özünü binanın damından ataraq intihar edib. Hazırda polis bölməsi və prokurorluq əməkdaşları hadisə yerinə gələrək ilkin araşdırmalara başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA