Bakıda mikroavtobus minik mazını ilə toqquzdu; 2 ölü, 8 yaralı

img

02-09-2010 [11:57]


Bakıda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza Qaradağ rayonu ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi ?Ford? markalı avtomobil, Ələt qəsəbə sakini 19 yaşlı Anar Əzizovun idarə etdiyi ?VAZ-2107? markalı maşınla toqquşub. Nəticədə A.Əzizov və sərnişin Valeh Qarayev hadisə yerində dünyasını dəyişiblər. ?Ford?un sürücüsü və hər iki avtomobildə olan sərnişinlər 18 yaşlı Əziz Əzizov, 23 yaşlı Elgün Mustafayev, Kiçikxanım Bünyadova, Zərifə İsmayılova, Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Eldar Cabbarov və Samirə Zamanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA